Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılır. Bu barədə 12 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Baş İctimai Təhlükəsizlik İdarəsi və Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri yoxlama nəticəsində 4 mağazada 18 yaşı tamam olmamış şəxslərə tütün məmulatlarının satılması aşkar edilib.
Satıcılar barəsində inzibati tənbeh tədbiri görülüb.