Sumqayıtda 27 sentyabr - Anım Gününə həsr edilmiş intellektual yarış keçiriləcək. Bu barədə 13 sentyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
"Zəfərin davamçıları" adlı Milli ərazi intellektual yarışı sentyabrın 14-ü baş tutacaq. Oyun şəhər Gənclər və İdman Baş İdarəsi və 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.