Sumqayıtda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə 24 sentyabr tarixində YAP şəhər təşkilatına istinadən məlumat veririk.
Əvvəlcə tədbir iştirakçıları Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər. “Azərbaycan tarixinin 44 günlük şanlı zəfər salnaməsinin qəhrəmanları” mövzusunda keçirilən tədbir YAP-ın şəhər təşkilatında baş tutub. Yığıncaq Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Burada çıxış edənlər Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu müharibə ordumuzun, qəhrəman hərbçilərimizin gücünü və peşəkarlığını nümayiş etdirib.
Tədbir YAP Veteranlar Şurasının və partiyanın Sumqayıt şəhər təşkilatının birgə təşəbbüsü ilə həyata keçirilib.