Sumqayıtda mənzildə yanğın baş verib. Sumqayıt24 bu haqda 29 iyul tarixində xəbər verir.
Hadisə 3-cü mikrorayonda, bina 3/58-də qeydə alınıb. Əraziyə operativ şəkildə FHN-in üç ədəd xüsusi texnikası cəlb olunub. Lakin yanğın böyükmiqyaslı olmadığından, texnikadan istifadə edilməyib. Alovun qarşısı tez bir zamanda alınıb. Xəsarət alan olmayıb.