Bakı–Quba magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb. Bu haqda 12 iyul tarixində Sumqayıt24 xəbər verir.
Hadisə yolun H.Z. Tağıyev qəsəbəsindən keçən hissəsində, “Azertexnolayn” MMC-nin yanında baş verib. Sərnişinlərlə dolu 3 nömrəli marşut avtobusu TİR-lə toqquşub. Qəza zamanı çox sayda xəsarət alan olub.