Sumqayıtda 10 tona yaxın süd məhsulları məhv edilib. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Proses “Təmiz Sumqayıt-Kənan” MMC-nin poliqonunda aparılıb. “AZ FP CO LTD” MMC-yə məxsus istehlaka yararsız və istifadə müddəti bitmiş 66 adda, 9.509 kq müxtəlif növ süd məhsulları utilizasiya olunub.