top
75 ölkə, yüzlərlə iştirakçı və dünya birinciliyi: Sumqayıtlının uğur hekayəsi
01 iyul 2026, 10:57
- ↺ +

75 ölkə, yüzlərlə iştirakçı və dünya birinciliyi: Sumqayıtlının uğur hekayəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mirnicat Mustafazadə Londonda keçirilən "TeenEagle" beynəlxalq ingilis dili olimpiadasında böyük uğura imza atıb. Dünyanın 75 ölkəsindən 300-ə yaxın şagirdin qatıldığı yarışda Mirnicat "Spelling" (orfoqrafiya) nominasiyası üzrə dünya birincisi olub.

Sumqayit24.az-ın əməkdaşı dünya birincisi olan məktəbli Mirnicat Mustafazadə ilə həmsöhbət olub. Müsahibədə o, yarışa hazırlıq prosesi, qazandığı uğur və gələcək hədəfləri barədə danışıb.

-"TeenEagle" beynəlxalq ingilis dili olimpiadasında dünya birincisi olduğunuz an hansı hissləri keçirdiniz?

- Ölkəmi layiqincə təmsil edərək "Spelling" (orfoqrafiya) mərhələsində dünya birincisi, "Knowledge quiz " (ümumi bilik) və "Spelling" (orfoqrafiya) mərhələləri üzrə qızıl, "Writing" (yazı) və "Speaking" (şifahi nitq) mərhələləri üzrə isə ölkəmizə gümüş medal qazandırdığım üçün çox sevindim və qürurlandım.

-Yarışa hazırlıq prosesiniz necə keçdi? İngilis dilini inkişaf etdirmək üçün hansı üsullardan istifadə edirdiniz?

- Yarışa 8 ay ərzində hər gün ən azı 3 saat vaxt ayıraraq hazırlaşdım. İngilis dilini inkişaf etdirmək üçün xarici filmlərə baxır, yarışla bağlı materialları dəfələrlə oxuyub təhlil edirdim.  Testlər həll edir, yeni sözlər öyrənərək onları cümlələrdə işlədir, esselər yazır və debat formatında çıxışlar edirdim.

-75 ölkədən yüzlərlə iştirakçının olduğu belə yarışda ən çətin mərhələ sizin üçün hansı oldu və niyə?

- Yarışda mənim üçün ən çətin mərhələ "Writing" (yazı) mərhələsi oldu. Çünki şagirdlərin öz fikirlərini yazılı şəkildə səlis və aydın ifadə etməsi o qədər də asan deyil.

 - Bu uğurdan sonra qarşınıza hansı yeni hədəfləri qoymusunuz? Gələcəkdə hansı sahədə təhsil almağı və ya fəaliyyət göstərməyi düşünürsünüz?

- London səfəri zamanı şəhərin ən gözəl yerlərini, həmçinin Oxford Universitetini ziyarət etdik. Oradakı ab-havanı çox bəyəndim. Gələcəkdə ADA Universitetinə qəbul olmaq və Oksford Universitetində magistr təhsili almaq istəyirəm. Daha sonra isə vətənimə qayıdıb ölkəmə olan borcumu ödəyərək peşə fəaliyyətimə başlamağı düşünürəm.

- Belə beynəlxalq yarışlarda uğur qazanmaq üçün yaşıdlarınıza və gənclərə nə tövsiyə edərdiniz?

- Xarici dillərə maraq göstərməyi, xarici ədəbiyyatı mütaliə etməyi və biliklərini daha çox beynəlxalq olimpiada və yarışlarda sınamağı tövsiyə edərdim.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Bu gün, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Bu gün, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Bu gün, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Bu gün, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Bu gün, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Bu gün, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Bu gün, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Bu gün, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Bu gün, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Bu gün, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Dünən, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Dünən, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Oxşar xəbərlər