Sumqayıtda abidə-bulaq kompleksi təmir edilir. Sumqayıt24 bu barədə 25 oktyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Vətən müharibəsi şəhidləri Nurlan Abdalov və Adil İbrahimlinin adına yaradılan abidə-bulaq kompleksi abadlaşdırılır. Kompleksin ətrafı mişardaşı ilə hasara alınır. Təmir-bərpa işləri İcra Hakimiyyəti və MKTİB tərəfindən həyata keçirilir.