Sumqayıt Dövlət Universiteti (SDU) və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə abituriyentlər üçün məlumatlandırma sessiyaları keçirilib. Bu haqda 27 iyul tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Quba və Xaçmaz rayonlarında da təşkil olunub. Görüşdə SDU-nun nümayəndə heyəti, təhsil idarəsinin təmsilçiləri, məktəb direktorları, müəllimlər, abituriyentlər və valideynlər iştirak ediblər.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov iştirakçılara universitetin kampusu, maddi-texniki bazası, universitetin qazandığı uğurlar barədə məlumat verib. Təqdimatlarla universitetin üstünlükləri və yaradılan imkanlar barədə danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.