top
Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?
19 iyun 2026, 10:54
- ↺ +

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox dişləyir? Səbəb qan qrupu, dəri rəngi, yoxsa başqa amillərdir? Alimlər bu suala cavab tapıblar.

Bu barədə "Haber Global" saytı məlumat yayıb.

Araşdırmalar göstərir ki, ağcaqanadlar qurban seçərkən düşündüyümüzdən daha mürəkkəb bir sistemdən istifadə edirlər. Bir çox hallarda eyni mühitdə olan insanlardan biri ağcaqanadların hədəfinə çevrilir, digəri isə bu həşəratlardan demək olar ki, əziyyət çəkmir.

Alimlər müəyyən ediblər ki, ağcaqanadlar təsadüfi hərəkət etmirlər. Bu həşəratlar insan bədənindən xaric olan karbon qazını onlarla metr uzaqdan hiss edə bilirlər. Hədəfə yaxınlaşdıqca isə bədən qoxusu, temperatur, rütubət və dərinin ifraz etdiyi xüsusi kimyəvi maddələr həlledici rol oynayır.

Tədqiqatlar sübut edir ki, bəzi insanların dərisində əmələ gələn xüsusi kimyəvi birləşmələr ağcaqanadlar üçün "maqnit" funksiyası yerinə yetirir. İllər boyu cəmiyyətdə doğru bilinən bəzi fərziyyələr isə elmi sınaqlarda öz təsdiqini tapmayıb. Belə ki, insanın saç və göz rənginin, o cümlədən qan qrupunun ağcaqanadların seçimində heç bir rolu olmadığı aşkarlanıb.

Lakin diqqətçəkən digər vacib məqam spirtli içkilərin təsiridir. Araşdırmalar göstərir ki, spirtli içki qəbul edən şəxslər ağcaqanadlar üçün daha cəlbedici olurlar. Çünki spirt bədən temperaturunu artırır, karbon qazı ifrazını çoxaldır və bədən qoxusunu dəyişir.

Qeyd edək ki, təhlükə yalnız xoşagəlməz qaşınma ilə bitmir. Denq qızdırması, sarı qızdırma, çikungunya və malyariya kimi xəstəlikləri daşıyan ağcaqanad növləri iqlim dəyişikliyi səbəbindən yeni bölgələrə yayılır. Mütəxəssislər bildirirlər ki, aparılan bu tədqiqatlar gələcəkdə insanları təhlükəli yoluxucu xəstəliklərdən qoruya biləcək yeni profilaktika metodlarının yaradılmasına imkan verəcək.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər