Sumqayıt şəhər Ağsaqqallar Şurasının binasında yığıncaq təşkil olunub. Bu haqda 30 iyul tarixində Sumqayıt24 xəbər verir.
Toplantıda Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini və dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, şəhər Ağsaqqallar Şurasının sədr müavini Faiq İsmayılov, Təftiş komissiyasının sədri Qalib Əliyev, idarə heyətinin üzvü Vaqif Qəhrəmanov, ərazi, idarə, müəssisə və təşkilat ağsaqqallar şuralarının sədrləri iştirak ediblər. Tədbirdə cari ilin 1-ci yarımilliyində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.