Sumqayıtda yerləşən alman qəbiristanlığı yaşıllaşdırılır. Bu haqda 20 dekabr tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Şəhərimizin icra başçısı Zakir Fərəcov, Almaniyanın səfiri Ralf Horlemann, Macarıstanın səfiri Tamaş Torman və Avstriyanın səfiri Tomas Şuller-Qötsburq məzarlıqda 40 ədəd xan çinarı əkiblər. Ağaclara xüsusi qulluq göstərilib.