Sumqayıtda “Şəhər mobilliyi” ilə bağlı praktiki konfrans keçirilib. Bu barədə DünyaTV-yə istinadən xəbər veririk.
Almaniyanın İqtisadiyyat və İnkişaf Nazirliyinin dəstəyi ilə GİZ təşkilatının təşkil etdiyi konfrans Heydər Əliyev Mərkəzində baş tutub. Mərkəzdə yaradılan şəraitlə tanış olduqdan sonra iştirakçılar dəyirmi masa ətrafında toplaşıblar.
Almaniya və Gürcüstandan olan mütəxəssislərlə yanaşı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, “Sumqayıt Nəqliyyat” MMC və "Sumqayıt Nəqliyyat -1" MMC-nin rəhbər işçiləri də tədbirə qatılıblar.
Praktiki konfransda iştirakçılar arasında fikir mübadiləsi aparılıb.