Sumqayıtda ana və övladı zəhərləniblər. Sumqayıt24 bu haqda 5 avqust tarixində xəbər verir.
Hadisə "Ceyranbatan bağları" adlanan ərazidə baş verib. 27 yaşlı Aişə Mərdanova və oğlu, 2 yaşlı Əli Mərdanov halları pisləşdiyi üçün dərhal xəstəxanaya çatdırılıblar. Onların evdə yedikləri ət məhsulundan zəhərləndikləri ehtimal olunur.