Avqustun 31-nə olana hava proqnozu açıqlanıb.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər qısamüddətli az yağış ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 20-25°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz isə 40-45% təşkil edəcək.