top
Ayrılan vəsait hara xərclənir? - Sumqayıtın rəhbərliyinə ittihamlar
06 mart 2026, 17:40
- ↺ +

"Ayrılan vəsait hara xərclənir?" - "Sumqayıt"ın rəhbərliyinə ittihamlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt" klubunun uğursuz çıxışı komandanın azarkeşlərinin səbrini daşırıb.

Sumqayit24.az xəbər verir ki, bununla bağlı "kimyaçılar"ın azarkeş qrupu olan "Komando Sumqayıt" sosial şəbəkədə bəyanat yayıb.

"Sumqayıt Futbol Klubunun son illərdə düşdüyü vəziyyət artıq hamını ciddi şəkildə narahat edir. Bu klub böyük bir şəhəri təmsil edir, minlərlə insanın sevgisini və ümidini daşıyır. Lakin uzun müddətdir meydanda gördüyümüz mənzərə nə bu şəhərə, nə də bu klubun adına yaraşır.

İllərdir eyni rəhbərlik, illərdir eyni problemlər. Nəticə yoxdur, inkişaf görünmür, komanda gücləndirilmir və transfer siyasəti demək olar ki, mövcud deyil. Bu qədər müddət ərzində dəyişməyən tək şey isə uğursuzluqdur.

Ən böyük sual isə hamının ağlındadır: bu klubun büdcəsi və ayrılan vəsaitlər hara gedir?

Sumqayıt kimi bir şəhərin komandası niyə illərdir ciddi transferlər edə bilmir? Niyə komanda hər mövsüm eyni problemlərlə üzləşir?

Biz hesab edirik ki, Sumqayıt Futbol Klubunun rəhbərliyi və klubun maliyyə fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Klubun idarə olunması, büdcəsinin necə istifadə edilməsi və transfer siyasəti ilə bağlı ictimaiyyətə açıq və şəffaf məlumat verilməlidir.

Əgər illərdir nəticə yoxdursa, deməli dəyişiklik də qaçılmazdır. Bu klub bir neçə nəfərin şəxsi layihəsi deyil. Bu klub Sumqayıt şəhərinindir.

Buna görə də hesab edirik ki, klubda idarəetmə sistemi yenilənməli və Azərbaycan futbolunda klublar üçün açıq və şəffaf prezident seçkiləri sistemi tətbiq olunmalıdır. Klubların taleyi qapalı şəkildə deyil, açıq və məsuliyyətli şəkildə həll olunmalıdır.

Sumqayıt və bu şəhərin komandası daha yaxşısına layiqdir. Bu klubun gələcəyi üçün artıq ciddi dəyişikliklərin vaxtı çatıb", - deyə bəyanatda deyilir.

Məsələ ilə bağlı İdman.Biz "Sumqayıt" Futbol Klubundan açıqlama alıb. Klubdan bildirilib ki, maliyyə hesabatı açıqdır və istənilən şəxs onu saytdan görə bilər:

"Klubun maliyyə hesabatı ildə bir dəfə açıq şəkildə yayımlanır, AFFA və UEFA-ya təqdim olunur və rəsmi saytımızda yerləşdirilir. İstəyənlər sayta daxil olaraq illik hesabatla tanış ola bilər".

Qeyd edək ki, "Sumqayıt"ın prezidenti Riad Rəfiyevdir. Komanda hazırda Premyer Liqada keçirdiyi 22 oyundan sonra 31 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər