Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatında 1101,0 min pensiyaçı var.
Sumqayıt24 xəbər verir ki, bu, iyulun 1-i vəziyyətinə olan statistikadır. Həmin şəxslərin 64,4%-i yaşa, 23,3%-i əlilliyə, 12,3%-i faizi isə ailə başçısını itirməyə görə pensiya alırlar.
Aylıq pensiyaların orta məbləği 491,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 49%-nə bərabər olub.