55.656 abituriyent tələbə adını qazanıb.
Sumqayıt24 "Azərbaycan Universitetləri" facebook sehifəsinə istinadən xəbər verir ki, bu, Azərbaycan təhsil tarixində rekord göstəricidir. Universitetlərə qəbul olunan 27.117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28.539 (o cümlədən 5708 subbakalavr) tələbə isə ödənişli əsaslarla təhsil alacaq.