“STP Global Cable”-ın istehsal etdiyi dizel generatorlarının təqdimatı olub. Bu haqda bu gün, 19 iyul tarixində Marja-ya istinadən xəbər veririk.
Təqdimat STP Şirkətlər Qrupunun media nümayəndələri üçün təşkil etdiyi istehsalat turu çərçivəsində keçirilib. İstehsal edilən dizel generatorlar Azərbaycan üçün ilkdir.
Tur zamanı jurnalistlər yeni məhsulun istehsalı prosesi ilə tanış olublar. Detalların hazırlanmasından avadanlığın hazır məhsul formasına gətirildiyi yığım sahəsinə qədər hər bir detal medianın marağına səbəb olub.
Şirkət ilkin olaraq, iki model, 27.5 KVA və 55KVA dizel generatorlarını istehsal edib.