top
Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub, aralarında Sumqayıtın da adı var
Dünən, 17:58
- +

Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub, aralarında "Sumqayıt"ın da adı var

Bu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan "Şamaxı"nın sabiq oyunçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib.

Teleqraf.az-ın məlumatına görə, Adil Nağıyev bu işdə komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub.

Məlumata görə, Adilin Kantariya ilə əlbir olduğu ilk qarşılaşma ötən il Premyer Liqanın 15-ci turunda Şamaxıda keçirilən "Şamaxı" – "Kəpəz" matçıdır.

Belə ki, hər iki futbolçu "Topaz" və digər mərc saytlarında "Şamaxı"nın məğlubiyyətinə pul qoyuluşu ediblər. Nəticədə "Şamaxı" sözügedən matçda 0:1 hesabı ilə məğlub olub.

Bundan başqa, tərəflər ötən il 4 dekabr tarixində Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Zirə Olimpiya Kompleksində keçirilən "Zirə" – "Şamaxı" matçında manipulyasiya ediblər.

Adil Nağıyev "Şamaxı"nın məğlubiyyətinə yatırım edərək əldə edilən qazancdan Kantariyaya 5 min dollar vəd edib. Qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verən tərəflər komandanın 1:3 hesablı məğlubiyyətinə şərait yaradıblar.

Adil Nağıyev Kantariadan əlavə komandanın yarımmüdafiəçisi Vasiliye Bakiçlə Vasiliye Redenoviçi də "iş başında" görmək istəyib. Lakin legioner futbolçular bu təkliflə razılaşmayıblar. Maraqlıdır ki, Adillə Kantariyanı ifşa edən də Redenoviç olub. O, rəhbərliyə Adillə yazışmasını təqdim edib.

Məlum olub ki, Adil Rusiyadan gələn şəxsə matçın 30-cu dəqiqəsindən sonra "Şamaxı"nın məğlubiyyətinə mərc etməsinə dair işarə verib. Adil Nağıyev "Şamaxı" – "Kəpəz" matçında iştirak etməsə də, Kantariya meydanda olub. Nağıyev meydanda olmasa da, komandasının məğlubiyyətinə pul yatırıb.

Adil Nağıyev ilkin istintaqa ifadəsində bildirib ki, Azərbaycan ərazisindən burada keçirilən çempionat oyunlarına yüksək məbləğlərdə pul yatırmağın mümkün olmadığını öyrənib. Buna görə də 2024-cü ilin noyabr ayının ortalarında əvvəllər futbolçu olmuş və hazırda Türkiyədə yaşayan Elgün Nəbiyevlə Vatsapla əlaqə yaradıb.

Elgünə üç oyuna 40.000-50.000 manat intervalında mərc etmək istədiyini bildirən Adil Nağıyev bunun Türkiyə ərazisindən mümkün olub-olmadığını soruşub. Elgün də ona Türkiyədən Azərbaycan oyunlarına yüksək məbləğdə pul vəsaiti mərc etməyin mümkün olmadığını, lakin Rusiyada yaşayan Orxan adlı tanışının bu işdə ona köməklik edə biləcəyini bildirib.

Orxanla danışıq zamanı "Zirə" - "Şamaxı" arasında baş tutacaq oyunda müdafiəçisi olduğu "Şamaxı"nın bilə-bilə passiv hərəkətlər və "səhvlər" edərək uduzdurmaq istədiyini, 50.000 manat məbləğdə pul vəsaitini mərc etməklə yüksək qazanc əldə etmək niyyətini bildirib.

Danışıq zamanı Orxana üç oyunu mərc etmək istədiyini söyləyib. Həmin oyunlarda mərcin məzmunu "Zirə" - "Şamaxı" oyununda "Şamaxı"nın əsas vaxtda məğlubiyyəti, "Sumqayıt" – MOİK matçında "kimyaçılar"ın əsas vaxtda qələbəsi və "Neftçi" - "Difai Ağsu" oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olub.

Həmin vaxt Orxanla danışıq zamanı sonuncu ona "Zirə"- "Şamaxı" oyununda əmsalların 2-2.70 arası olacağını ehtimal etdiyini deyib. Tərəflər razılaşsalar da, Orxan sonradan zəng edərək üç oyuna mərc edə bilməyəcəyini bildirib. Sonda Adil "Zirə" ilə kubok matçında kapitanı olduğu "Şamaxı"nın məğlubiyyətinə mərc edib.

Məlum olub ki, Adil Orxana "Şamaxı"nın 2 top fərqi ilə uduzmasına mərc etməyi tapşırıb. Lakin Orxan matça 30-cu dəqiqədən sonra canlı mərc edib. Bu dəqiqəyə qədər isə "Zirə" artıq 2:0 öndə olub. Tərəflərin bir-birini anlamaması nəticəsində Adilin mərcdən pul qazanmaq sevdası baş tutmayıb və əlində olan məbləği uduzub. Orxan sonradan bildirib ki, canlı mərc 10-cu dəqiqədə bağlanıb, yalnız 30-cu dəqiqədən sonra açılıb. Orxan isə pulu qaytarmaqdan imtina edib.

Adil daha sonra komandanın baş məşqçisi Ayxan Abbasova Vatsapda səs ataraq üzr istəyib. O, səs yazısında əməlindən peşman olduğunu, şeytana uyduğunu bildirib.

"Topaz" istintaqa Adil Nağıyevin təşəbbüsü ilə yaradılan kuponları da təqdim edib. "101340" nömrəli "Topaz" məntəqəsində oyunlar başlamamışdan qabaq, əmsal 1,52-dən hesablanaraq hər birində 200 AZN məbləğində 4 kupon (bilet) üzrə ümumilikdə 800 manat məbləğində pul vəsaiti mərc edilib. Mərcin yekununda hər kupon (bilet) üzrə 653,61216 AZN yekun uduş məbləği əldə edilib.

Həmin kuponların hamısında "Şamaxı" – "Kəpəz" matçında Gəncə təmsilçisinin uduzmayacağı, Azərbaycan Premyer liqası çərçivəsində keçirilən "Zirə" "- "Sumqayıt" oyununda bakılıların qələbəsi, "Neftçi" – "Qarabağ" oyununda ağdamlıların, "Araz Naxçıvan" – "Turan Tovuz" matçında isə "3.5 alt" qeyd edilib. Yekunda "Kəpəz", "Qarabağ" "Zirə" qalib gəlib, "Araz Naxçıvan"ın matçı isə 1:0 hesabı ilə yekunlaşdığından hər 4 kupon uduşlu olub.

Qeyd edək ki, Adil Nağıyevə Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev 5 il müddətə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda su israfının QARŞISI ALINDI

İdman
Bu gün, 17:27

"Neftçi"nin yeni məşqçisi: "Sumqayıt"la matçdan qələbələri sıralamağa çalışacağıq"

Bütün xəbərlər
Bu gün, 16:43

Sumqayıtda itlərin "soyqırımı" davam edir

Bütün xəbərlər
Bu gün, 16:43

DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"

Bütün xəbərlər
Bu gün, 16:00

Sumqayıtda qadının abortdan sonra ölməsi ilə bağlı iddiaya cavab verilib

Bütün xəbərlər
Bu gün, 15:13

Sumqayıtda temperatur enir, sulu qar gözlənilir

Bütün xəbərlər
Bu gün, 14:30

"SDU bu il müsbət dinamika göstərdi"

Bütün xəbərlər
Bu gün, 13:43

Sumqayıtda gənc qadın abortdan sonra ölüb? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:59

Bu şəxslərə əmlak vergisində güzəşt edilir – SİYAHI

Bütün xəbərlər
Bu gün, 12:15

"Qənaət edin" deyilir, Sumqayıtda isə su isə küçəyə axır…

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıtda qurum təmir yerinə gözdən pərdə asdı

Bütün xəbərlər
Bu gün, 10:46

Vətəndaşa hərbi çağırış SMS-i çatmayıbsa, CƏRİMƏLƏNƏ BİLƏRMİ?

İdman
Bu gün, 10:00

"Sumqayıt"ın qapısına təyin edilən penalti SƏHV İMİŞ

Bütün xəbərlər
Bu gün, 09:12

Bu tarixdə "gündüz gecəyə" dönəcək - ƏSRİN HADİSƏSİ

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Ümummilli Liderin xatirəsi anılıb

Bütün xəbərlər
Dünən, 17:20

Corat sakinləri boğaza yığılıb, qurumlar isə susur

Bütün xəbərlər
Dünən, 16:37

Azərbaycanın əhalisi 0.3 faiz artıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıta sabah da yağış yağa bilər

İdman
Dünən, 15:27

"Sumqayıt" Türkiyəyə yollanacaq

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtda avtobus sürücülərindən ÖZBAŞINALIQ - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:02

"Kirayə ev" mexanizmi işləyir, amma kasıblara yox…

Bütün xəbərlər
Dünən, 13:20

"Saray" MTK-nın həyəti bataqlığı xatırladır

Bütün xəbərlər
Dünən, 12:38

"Gənclik şəhəri"ndə bu qədər pensiyaçı yaşayır

Oxşar xəbərlər