Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb.
Sumqayit24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20.362 doğulan körpə qeydə alınıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi azalaraq 8.8-dən 8-ə enib.
Statistikaya əsasən, doğulan körpələrin 53.8 faizini oğlan, 46.2 faizini isə qız uşaqları təşkil edib. Qeydiyyata alınan körpələrdən 698-i əkiz, 27-si isə üçəm olub.