Saray qəsəbəsində minik maşını yol istifadəçilərinə təhlükəli vəziyyət yaradıb. Sumqayıt24 bu haqda Oxu.az-a istinadən xəbər verir.
Sosial şəbəkələrdə bununla bağlı videogörüntü yayımlanıb. Əks hərəkət istiqamətinə daxil olan "AzSamand" markalı avtomobilin sürücüsü həm özünün, həm də başqalarının həyatını riskə atıb.