Sumqayıtda mənzildə qalan azyaşlı xilas edilib. Sumqayıt24 bu barədə 25 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in "112" qaynar xəttinə azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar tərəfindən nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.