Bakı–Sumqayıt şosesində baş vermiş yol-nəqliyyat hadisəsi videoqeydiyyat kamerasına lentə alınıb. Bu haqda 17 iyul tarixində Sumqayıt24 xəbər verir.
Hadisə şosenin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yanına düşən hissəsində baş verib. “Mercedes” markalı avtomobil minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alanlar haqda məlumat yoxdur.