Bakı-Sumqayıt magistralında sürücü təhlükəli manevr edərək qaydaları kobud şəkildə pozub.
Sumqayit24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Videodan da aydın olur ki, Avtovağzal Kompleksinin yaxınlığında, maşınların sürətli hərəkət etdiyi bir vaxtda sürücü avtomobili getdiyi istiqamətdə döndürərək əks istiqamətdə saxlayıb.