Bakı-Sumqayıt magistral yolunda yük maşını aşıb. Bu haqda 8 may tarixində Sumqayıt24 Oxu.az-a istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi səhər saatlarında magistral yolun “Eurohome” ticarət mərkəzinin yaxınlığından keçən hissəsində baş verib. Yük maşını yoldakı tunelin divarına çarpılaraq aşıb. İlkin məlumata görə, ölən və yaralanan olmayıb.
Qəza səbəbindən yolda uzun tıxac müşahidə olunub.