Bakıda qaçırılan avtomobil Sumqayıtda əzilmiş vəziyyətdə tapılıb. Sumqayıt24 bu haqda 17 avqust tarixində Apa.az-a istinadən xəbər verir.
“Geely” markalı maşın Səbail rayonu R. Behbudov küçəsində qaçırılmışdı. 39-cu Polis Bölməsi əməkdaşları cinayətdə şübhəlilər qismində G. Məhərrəmov və A. Mürsəlzadəni tutublar.
Araşdırma aparılır.