Bu gün Mütləq Döyüş Çempionatının (UFC) Bakıdakı ikinci turniri keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar saat 20:00-da başlayacaq.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.