Sumqayıt şəhər 5 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) maarifləndirici tədbir təşkil olunub. Bu haqda 25 iyul tarixində Sumqayıt24 xəbər verir.
"Erkən nikah və qohum evliliklərinin fəsadları" mövzusuna həsr olunan tədbir valideynlərin iştirakı ilə keçirilib. ASM-in baş həkimi Zeynəb Süleymanova erkən nikahların və qohum evliliklərinin cəmiyyətdə törətdiyi fəsadlardan söz açıb, sağlamlığa vurduğu ziyanları diqqətə çatdırıb.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.