top
Biletinin pulunu verdik ki, bizə Əbu-Dabidən telefon gətirsin — Sumqayıtda DAVA
26 may 2026, 13:10
- ↺ +

"Biletinin pulunu verdik ki, bizə Əbu-Dabidən telefon gətirsin" — Sumqayıtda DAVA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində 23 yaşlı oğlan tanışına xəsarət yetirib.

 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 5-də şəhərin 9-cu mikrorayon ərazisində yerləşən restoranın qarşısında baş verib.

 

2003-cü il təvəllüdlü Kənan həmin gün gecə saat 01:16-da Ehtiram ilə mübahisə edib. Mübahisə zamanı o, Ehtiramın sağ göz nahiyəsindən bir dəfə yumruqla vurub.

 

İş üzrə izahat verən Kənan bildirib ki, onlar birlikdə "Skal Pub" adlanan yerdə oturublar:

 

"Bakıdan digər şəxslər də bir məsələ haqqında bizimlə söhbət etmək üçün gəlmişdilər. Söhbət yekunlaşdıqdan sonra çölə çıxdıq. Bu zaman dostum ilə Ehtiram arasında mübahisə yarandı. Ehtiram söyüş söydüyünə görə onun üz nahiyəsindən vurdum. Onu əvvəldən tanıyıram, qardaşı İntiqam sinif yoldaşım olub".

 

Təqsirləndirilən şəxs deyib ki, hadisə gecə saat 12-dən sonra baş verib:

 

"Həmin vaxt obyekt bağlandığı üçün oradan çıxdıq. Ətrafda başqa müştərilər də olub. Ehtiramı vurduqdan sonra o, mənə qarşılıq vermədi, hadisədən sonra oradan uzaqlaşdıq. Həmin vaxt demək olar ki, hamımız içkili vəziyyətdə olmuşuq. Mən Ehtiramı söyüş söydüyünə görə vurmuşam, xuliqanlıq niyyətim olmayıb. Lakin özümü tam təqsirli bilirəm, əməlimdən peşmanam".

 

İş üzrə zərərçəkmiş Ehtiramın bildirdiyinə görə, universitetlərdən birində cəmiyyət sədri işləyib:

 

"Həmin cəmiyyətin üzvlərindən birinin adı Anar olub. Mən cəmiyyət tədbirləri ilə əlaqədar olaraq xarici ölkələrə səfərə getmişəm. Anar telefon alqı-satqısı ilə məşğul olub. Anar qardaşım İntiqama Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə gedərkən bilet pullarının yarısını özü verəcəyini və bunun müqabilində qayıdarkən hər adama 1 ədəd mobil telefonu gömrükdən keçirməyi xahiş etdi. Qardaşım bunu mənə dedikdə razılaşdım, təşkilatçılığı Anar etdi. Biz Anara hər biri 14 nəfər olmaqla 200 manat verdik, Abu-Dabi şəhərinə getdik, lakin hava limanından keçərkən Anarla danışıqlarımız baş tutmadı, sonradan Anarın ziyana düşdüyünü bildim".

 

Zərərçəkmiş deyib ki, məlum hadisə günü evdən çıxaraq qrup yoldaşı ilə birlikdə Bakı şəhərinə gedib: 

 

"Bu zaman qardaşım İntiqam zəng edərək Anarın Bakıdan onun üzərinə çoxlu sayda adam gətirdiyini və telefonları keçirə bilmədiyimiz üçün ondan 8000 manat tələb etdiyini bildirdi. Mən qardaşımın yerini öyrəndim və birbaşa ora gəldim. Binanın qarşısında Anar və yanındakı şəxslərlə birlikdə orada söhbət etdik".

 

Ehtiram deyib ki, daha sonra onlar "Skal pub"a gediblər və iki saata yaxın orada əyləşiblər:

 

"Bundan sonra söhbət böyüməsin deyə Anara pulda köməklik edəcəyimi bildirdim. Sonra sağollaşaraq ayrılarkən orada olan Özgür və Kənan adlı şəxslər söhbəti niyə sonlandırdığını soruşdu. Mən isə söhbətin qardaşım İntiqamın üzərində qurulduğu üçün bağladığımı bildirdim. İçəridə olan zaman Özgür mənimlə kobud formada danışdı, məni təhqir etməyə başladı. Anarla razılaşdığım üçün onu maşına yola saldım. Anarı maşına mindirmək istəyəndə Kənan qəfildən yaxınlaşdı və sağ göz nahiyəmdən yumruq zərbəsi vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Qardaşım İntiqam məni qaldıraraq maşına əyləşdirdi və oradan getdik".

 

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayəti olmadığını deyib.

 

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər