Tanınmış idmançı dünyasını dəyişib. Sumqayıt24 bu haqda 17 iyul tarixində xəbər verir.
Abşeron İdman Klubunun cüdo üzrə məşqçi-müəllimi Murad Heydərli beyin xərçəngindən əziyyət çəkirdi. 27 yaşlı Murad dünən gecə dünyasını dəyişib. Mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb.
Yaxınları bildirirlər ki, idmançı 1 ay əvvəl ailə qurubmuş.