Bu gün, 14 dekabr tarixində keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində Sumqayıt Kimya Sənaye Parkına səfər baş tutacaq. Bu barədə AZƏRTAC məlumat yayıb.
Forumda ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, iqtisadi layihələr və digər məsələlər müzakirə ediləcək.
Həmçinin, görüş çərçivəsində qonaqlar Ələt Azad İqtisadi Zonasına səfər edəcəklər.