top
Bu ərazidəki tıxacın qarşısı belə alınacaq
03 iyun 2026, 16:05
- ↺ +

Bu ərazidəki tıxacın qarşısı belə alınacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur.

Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, gələcəkdə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.

"İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Nəticədə Binəqədi - "20 Yanvar" - Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq.

Hazırda Azadlıq prospekti - Binəqədi şosesi istiqamətindən Binəqədi - Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti alternativ marşrut yaradacaq. Eyni zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq.

Sumqayıt-Xırdalan istiqamətindən metronun "Nəriman Nərimanov" stansiyasına hərəkət edən sərnişinlər, "20 Yanvar" dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.

Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolundan istifadə edərək "20 Yanvar" dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edəcək.

Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq", - məlumatda qeyd edilib.

Layihə barədə ətraflı BURADAN məlumat ala bilərsiniz.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər