top
Bu gün Daxili Qoşunların yaranma günüdür
12 mart 2025, 01:00
- ↺ +

Bu gün Daxili Qoşunların yaranma günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 33 il ötür.

Sumqayit24.az xəbər verir ki, 1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.

1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib.

1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

DQ Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir.

Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqazidd qəsdlərdən qoruyur.

Daxili Qoşunların hərbi qulluqçuları 1992-1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində savaşıblar.

Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayının şəxsi heyəti tərəfindən azad edilib və müdafiə olunub.

1992-1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olub, beş nəfər itkin düşüb, 1 177 nəfər isə yaralanıb. Səkkizi ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb, biri ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Daxili Qoşunların hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Hazırda ümumi olaraq Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.

Daxili Qoşunların Komandanı 2013-cü il noyabrın 15-dən general-leytenant Şahin İsgəndər oğlu Məmmədovdur, Qərargah rəisi 2018-ci il fevralın 15-dən general-mayor Tofiq Vaqif oğlu Hüseynovdur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Dünən, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Dünən, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Dünən, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
02 noyabr 2026, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
02 noyabr 2026, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Oxşar xəbərlər