1996-cı il fevralın 6-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir, 27 noyabr 1995-ci ildə isə qüvvəyə minmişdir.
Azərbaycanın Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Buna görə Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Sonra baş verən ictimai-siyasi dəyişikliklər nəticəsində 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyalar qəbul edilmişdir.