Yel çərşənbəsi Novruz bayramının üçüncü çərşənbəsidir. Bu çərşənbə havanın qızması ilə bağlıdır.
Yel çərşənbəsində hava təmizlənir. Deyilənə görə, Yel çərşənbəsində əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir.
Bu çərşənbə ilə bağlı “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Yel aparan yelinki, yerdə qalan mənimki”, “Yel qayadan nə aparar” kimi atalar sözləri var.