Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.
Sumqayıt24 xəbər verir ki, sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanıb, avqustun 31-i saat 08:00-da dayandırılıb.
Qeyd edək ki, bu gün qeyri-rəsmi olaraq “sükut günü” də adlandırılır.