Sumqayıtda “Bu şəhərdə”nin “Plastik Əməliyyat" adlı konserti keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Respublikanın əməkdar artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov “Kimyaçı” Mədəniyyət Sarayında konsert proqramı ilə çıxış edəcəklər.
Tədbir fevralın 19-da saat 19:00-da baş tutacaq. Biletləri (15 - 45 AZN) “iTicket.az” saytından əldə etmək mümkündür.