Bakı-Sumqayıt sürət qatarlarının sayı artırılacaq. Sumqayıt24 bu barədə 6 oktyabr tarixində Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə oktyabrın 10-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən 08:00 qatarı bir reysə istifadə edilməklə saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin edilir.
Daha öncə sürət qatarında sərnişinin halının pisləşməsi barədə məlumat vermişdik.