Sumqayıtda ağır qəza olub. Sumqayıt24 bu haqda 20 iyul tarixində Apa.az-a istinadən xəbər verir.
Çerkassı küçəsində "Hyundai" və "Kia" markalı avtomobillər toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Araşdırma aparılır.