Sumqayıt Tibb Mərkəzi (STM) Corat qəsəbəsində səyyar tibbi aksiya keçirib. Bu haqda bu gün, 16 iyul tarixində Report-a istinadən xəbər veririk.
Aksiya zamanı 65 yaş və yuxarı yaş qruplarından olan 50-yə yaxın vətəndaş müayinə edilib. Sakinlər terapevt, oftalmoloq, kardioloq, LOR və USM həkimlərinin qəbulunda olublar.
İyulun 19-dək davam edəcək aksiya "Stansiya Sumqayıt" yaşayış massivində yekunlaşacaq.