Sumqayıtda Ümumrespublika Təmizlik Marafonu çərçivəsində iməcilik keçiriləcək. Bu haqda 19 iyul tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Təmizlik aksiyası iyulun 20-də saat 09:00-dan 10:00-a kimi Corat qəsəbəsinin sahil zolağında təşkil olunacaq. Marafona hər kəs qoşula bilər.