Sumqayıtda uşaq yanıq xəsarətləri alıb. Sumqayıt24 bu haqda 5 avqust tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə Corat qəsəbəsində baş verib. 8 yaşlı Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə ipdən uşağa od düşüb.
Valideynləri alovu söndürüb, Sevili xəstəxanaya çatdırıblar. Ona boynun, gövdənin ön səthinin, hər iki yuxarı ətrafların II və III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.
Hazırda uşaq Yanıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti stabil ağırdır.