Sumqayıtda təhsil ocağının direktoru vəzifəsindən azad edilib. Sumqayıt24 bu barədə 9 sentyabr tarixində sosial şəbəkələrə istinadən verir.
Şəhərin 2-ci məhəlləsində yerləşən 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənli tutduğu vəzifədən azad edilib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin verdiyi açıqlamaya görə, İ.Həsənlinin müqavilə müddəti bitdiyinə görə işdən azad edilib.
Hazırda direktor vəzifəsini müvəqqəti olaraq Adil Qurbanov icra edir.