Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda 15 avqust tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 16-da Sumqayıt və Novxanı çimərliklərində dəniz suyunun temperaturu 25-26° isti olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.