Sumqayıtda batan şəxs xilas edilib. Sumqayıt24 bu haqda 24 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə dünən baş verib. Vətəndaş “Corat” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları onu qurtarıblar.