Sumqayıtda millət vəkili Emin Hacıyev vətəndaşlarla görüşüb. Sumqayıt24 bu barədə 16 sentyabr tarixində məlumat verir.
Görüş YAP Sumqayıt şəhər təşkilatında baş tutub. Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib. Müraciətlər, əsasən, işlə təminat, əlillik vəziyyətinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, digər müraciətlər isə həll edilməsi məqsədilə aidiyyəti qurumlara yönləndirilib.