Milli Məclisin komitə sədri Hicran Hüseynova Sumqayıtda qəbul keçirib. Bu barədə 6 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Vətəndaşlar ilə görüş YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkil olunub. Burada Qadın Resurs Mərkəzinin koordinatoru Günel Ələkbərova və Mərkəzin hüquqşünası, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Səadət Vəliyeva iştirak ediblər.
Deputat müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Səsləndirilən məsələlər əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri və sosial məsələlərlə bağlı olub. Problemlərin bir hissəsi yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara göndərilib.