Deputatlığa namizəd Elnarə Akimova H.Z. Tağıyev qəsəbəsi ərazisində görüş keçirib. Bu haqda 15 avqust tarixində Sumqayıt24 xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimova Vətən müharibəsi şəhidləri Namiq Quliyev, Məmməd Kazımzadə və Rəcəb Qulamovun ailələri ilə görüşüb. Yığıncaqda onların qayğı və problemləri dinlənilib.