Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində görüş keçirilib.
Sumqayıt24 xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynova təhsil sahəsində çalışan seçicilərlə görüşüb.
Tədbirdə təhsil sisteminin inkişafı üçün görüləcək işlər, müəllimlərin sosial rifahının artırılması və gənc nəslin daha keyfiyyətli təhsil alması üçün atılacaq addımlar barədə geniş müzakirələr aparılıb.